Erməni əsirlərlə bağlı mövzu bağlı qapılar arasında keçiriləcək – Mirzoyan açıqladıbackend

Ermənistan parlamenti Azərbaycanda olan erməni əsirləri ilə bağlı mövzunu bağlı qapılar arxasında müzakirə etməyə qərar verib.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.

Spiker Ararat Mirzoyan qeyd edib ki, Azərbaycan tərəfindən əsir götürülən hərbçilərin, mülki şəxslərin, o cümlədən qadınların vətənə qaytarılması ilə bağlı layihə parlamentə deputatların ən azı 1/5 hissəsi tərəfindən təqdim edilib.