Erməni generalın dəstəsi Qarabağda fərarilik edib? – Prokurorluq Paşinyanın dediklərini araşdırıbbackend

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanesyanın rəhbərlik etdiyi “Vətən” hərbi birləşməsinin Qarabağ müharibəsində fərarilik etdiyinə dair xəbərlər araşdırılıb.

Ermənistan Baş Prokurorluğu indiyə qədər aparılan tədqiqat nəticəsində Artur Vanesyanın dəstəsinin Qarabağda döyüşlərdə fərarilik etdiyinə dair dəlil tapılmadığını bildirib. Bu barədə “Faktinfo”nun sorğusuna cavabda vurğulanır.

Nəşr bildirir ki, Baş nazir Nikol Paşinyan ötən il noyabrındakı çıxışlarından birində məğlubiyyətin səbəbləri sırasında “Vətən” birləşməsinin fərarilik etdiyini də bildirmişdi. Onun sözlərinə görə, Vanesyanın rəhbərlik etdiyi dəstənin hərbçiləri döyüş mövqelərini qoyaraq qaçıb. Ancaq indi məlum olur ki, Paşinyanın dediklərinə dayanaraq cinayət işi açılmayıb:

“”Vətən” dəstəsinin döyüşçülərinin fərarilik etməsinə dair məsələ cinayət işlərindən biri çərçivəsində tədqiqad predmeti olub, ancaq cinayət işinin açılması üçün dəlil tapılmayıb”.cebhe.info