Erməni idmançı Nəriman Abbasovla döyüşdən imtina etdi – Fotobackend

Erməni döyüşçü Eduard Vartanyan Azərbaycanlı idmançı Nəriman Abbasovla döyüşdən imtina edib.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Abbasov feysbukda etdiyi paylaşımda məlumat verib.

O bildirib ki, “Fight Nights Global” tərəfindən irəli sürülən görüşə çıxmağa erməni idmançı razı olmayıb.

Qeyd edək ki, Rusiya vətəndaşlığı olan Vartanyanla qarşılaşma Moskvada baş tutmalı idi.