Erməni mediası Hovhannisyana qarşıbackend

Ermənistanın “Hraparak” mətbu orqanı İkinci Qarabağ müharibəsinin bütün 44 günü ərzində Ermənistan Müdafiə Nazirliyinin o zamankı mətbuat katibi , erməni ordusunun xəyali qələbələri və Azərbaycanın “qaçılmaz” məğlubiyyəti barədə erməni cəmiyyətinə həyasızcasına yalan danışan Artsrun Hovhannisyan haqqında yazıb.

“Yeni Gundem” xəbər verir ki, yazıda keçmiş mətbuat katibinin xalqı aldatması əksini tapıb.

“Artsrun heç nə olmamış kimi davranır. Belə ki, o, paylaşımlarından birinin altında şərhçiyə belə cavab verib: “Mais Vanoyan, əgər sən özünü 44 gün ərzində aldadılmış hesab edirsənsə, deməli, bu, ancaq özünün belə istədiyini bildirir. Sizə aldanmaq və ya özünü göstərmək faydalı idi. Aldanacaq bir şey yoxdu, bu məsələyə dəfələrlə müraciət etmişəm, ona görə də indi burada yazmağa ehtiyac yoxdur.

Nəşrin müəllifi etiraf edir ki, o, erməni cəmiyyətinin bu yalançıya necə dözdüyünü başa düşmür: “Amma indi sual başqadır: bu məxluq orduda vəzifələrə düşmək imkanını necə əldə edir? Bu bədxassəli şiş nə vaxt həyatımızda həmişəlik yox olmayacaq? Harotsrun öz acınacaqlı həyatını nə vaxt dünyanın hansısa guşəsində, bizim gözümüzdən uzaqda yaşayacaq?

Fərahim  Rəhimov