Erməni miflərinə sonbackend

Azərbaycanın 44 günlük Vətən müharibəsindəErmənistanı diz üstə çökdürməsi, məğlub etməsi faktınıheç cür qəbul edə bilməyən bəzi Qərb siyasətçiləri və ziyalıları bu cür saxtakarlıqları görmür, işğaldan azad etdiyimiz ərazilərdəki xristian abidələrinin gələcək taleyindənnarahatlıqifadə edirlər. Şübhəsiz, bu cürhay-küy salanların məqsədi Xristianlığın deyil, Ermənistanın təəssübünü çəkməkdir. Bu həm də əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın və əhalisinin, demək olar ki, hamısı xristian olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi din siyasətindən bixəbərlikdir, Ermənistanındövlət səviyyəsində müsəlman abidələrinə qarşı törətdiyi vəhşiliklərə gözünü, ağzını və qulağını bağlamaqdıryapon pritçasındakı “üç meymun”u oynamaqdır. Ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst şəkildə öz əqidə formasını seçməsi, dini dözümlülük şəraitinin mövcudluğu, dövlətimizin din siyasətinin uğurları bir çox beynəlxalq təşkilat, dünyada nüfuzlu din xadimləriböyük ölkələr tərəfindən dəfələrlə etiraf olunub, Azərbaycanın dövlət-dinmünasibətləri modeli nümunə göstərilib. Azərbaycanmilli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan tarixi-mədəni irsin qorunub-saxlanmasına, təmir-bərpasınayenidən

qurulmasına xüsusi diqqət ayırır. Maddi-mədəniyyətabidələrinin bərpasıqorunmasına daim diqqətmərkəzində saxlayan Prezident İlham Əliyevinsərəncamları ilə qədim tarixi abidələr yenidən qurulur, yeniləri inşa edilir. Xalqımızın genetik yaddaşından irəligələn müxtəlif dinlərəsivilizasiyalara hörmətləyanaşmaq ənənəsinin dövlət siyasəti ilə də dəstəklənməsinin nəticəsidir ki, ölkədəki tolerantlıq gün-gündən daha da möhkəmlənir, ölkəmiz dünyada multikulturalizmin mərkəzinə çevrilib. Ancaq nədənsənarahatQərb bunları görmür. Əslində, biz onlardan bunu heç gözləmirik də. Çünki xislətləri budur. Ancaq biz onlardan, cənab Prezidentin dediyi kimi, hər şeydənəvvəl, güzgüdə özlərinə baxmalarını istəyirik: “Bu gün Xristianlığı əlində bayraq edib, özünü “Xristianlıqtəəssübkeşi” kimi göstərən bəzi Qərb liderləri nədənsəunudurlar ki, Xristianlığın məhz ilk beşiklərindən biri Azərbaycan olubburadakı qədim xristian abidələrixristian Qafqaz Albaniyasından miras qalıb, onların ermənilərə heç bir aidiyyəti yoxdur. … Bu gün, müharibəbaşa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərbliderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanınnəzarətinə keçən azad edilmiş torpaqlarda xristianməbədləri necə olacaq? Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və həttaonları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqıyoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşlərikeçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya PravoslavKilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslavkilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkənrəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlədövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim QafqazAlbaniyası kilsələri milli sərvətimizdir. …Narahatlıq ifadəetmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinədigər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb. Niyəbu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heçkim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalqkürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında

qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadəetmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalqheyət göndərmək istəmirdi? Bu suallara cavab istəyirAzərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.

Özlərinə yoxdan mədəniyyət yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə, tarixiabidələrdən kulinariyaya, coğrafi adlardan tarixişəxsiyyətlərə qədər bir çox məsələdə zaman-zaman ifşa olunan erməni saxtakarlıqları bu gün də öz “axarındadır”. Özü də bu mənimsəmə təkcə biz azərbaycanlılara qarşı yönəlməyib. Bu gün yaşadığımız regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşıhər hansı iddiası olmasın. Şübhəsiz, həmişə bu işlərinəsas hərəkətverici qüvvəsi” dünyanın müxtəlifbölgələrinə səpələnmiş, geniş maliyyə imkanlarına malik olan çoxsaylı erməni təşkilatları, Erməni-qriqoryanKilsəsi, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərinmüxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmişermənilər olub. Onlar üçün sadə ermənin rifah içində, qonşuları ilə mehriban şəraitdə yaşaması heç vaxtmaraqlı olmayıb. Əksinə, tarix boyu millətlərarasıədavətin qızışdırılmasına və baş qaldıran münaqişələrdəöz maraqlarının təmin olunmasına çalışıblar. Nuh peyğəmbərdən tutmuş bir çox tarixi şəxsiyyətinerməniləşdirmək, ilk dəfə odun əldə olunması, təkərin icadı, ilk dəfə metalın əridilməsi, ilk əlifbanınyaradılması, ilk su kanallarının çəkilişi və s. Kimi tarixikəşfləri, ixtiraları öz adlarına çıxmaq, özünü “ali mədəniyyətin daşıyıcısıadlandırmaq – bütün bu iddialar yalnız bir şeydən xəbər verir: bu etnos ciddi şəkildənatamamlıq kompleksindən əziyyət çəkir.

Nəcəfova Cahan/ Bakı Dövlət Universiteti