Erməni ordusu İTKİ VERDİbackend

Ötən gün Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.

“Yeni Gündəm” Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin müdafiə nazirliyi məlumat yayıb.

Məlumata əsasən, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu, 1988-ci il təvəllüdlü Taron Rubikoviç Poqosyan minaya düşüb. Nəticədə o, ölümcül yaralanıb.