“Erməni qadına Bakıda paxlava yedirilməsi…”backend

Təslim olan hər bir erməni əsgərini müharibə bitdikdən sonra evlərinə geri qaytaracağıq, bu, müharibə qanunudur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

Ekspert Azərbaycan Ordusu tərəfindən xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan ətrafında gedən müzakirələrə diqqət çəkib: “Erməni qadına Bakıda paxlava yedirilməsi, informasiya müharibəsinin bir hissəsidir. Doğru bir addımdır. Sosial şəbəkələrdəki paylaşımlarda da bunu qeyd etmək lazımdır – bizim erməni mülki əhalisi ilə hansısa problemimiz yoxdur, Azərbaycan vətəndaşlığını qəbul etməyə və separatizmə son qoyaraq bizim qanunlarla yaşamağa hazır olanların canı və malı qorunacaq, mədəni hüquqları təmin ediləcək.

Əsir məsələsi isə belədir ki, təslim olan hər bir erməni əsgərini, müharibə bitdikdən sonra evlərinə geri qaytaracağıq. Bu, müharibə qanunudur və bunu erməni əsgərlərinə eşitdirməliyik ki, onlar tez təslim olsunlar, biz də müharibəni tez bitirək. Sivil dövlət olmanın gərəyi budur.

Hərbi formasını çıxarmayan və silahı yerə qoymayan ermənilər isə məhv ediləcək. Mərhəmət ancaq onu istəyənə verilir”.