Erməni qızlarını çılpaq fotoları ilə şantaj   edən “azərbaycanlı” saxlanılıbbackend

Ermənistanda internet-manyak özünü “Facebook”da azərbaycanlı kimi təqdim edərək İkinci Qarabağ müharibəsində əsir götürülmüş hərbi personal haqqında məlumat verəcəyini vəd edərək əvəzində çılpaq şəkil və videolar tələb edib.

Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlayıb ki, saxlanılan şəxs məhbusların və ya itkin düşən əsgərlərin qohumları ilə əlaqə saxlayıb. Manyak onlardan çılpaq vəziyyətdə çəkildikləri fotoşəkilləri və videoları göndərmələrini tələb edib. Əks təqdirdə isə hərbçiləri öldürməklə təhdid edib.

16 yaşlı erməni qız manyakın tələsinə düşüb. Ümumilikdə 10 nəfər erməni manyakın qurbanına çevrilib. Manyak qızları fotoları ilə şantaj edərək onlardan külli-miqdarda pul alıb.

Saxlanılan şəxsi 10 ildən 12 ilədək həbs cəzası gözləyir.