Erməni siyasətinin hiyləgərliyibackend

Ermənistan hakimiyyətinin yalanları, bu ölkənin məhvinə səbəb olan, bundan sonra da məhvə sürükləyən strategiyası erməni xalqının, sıravi ermənilərin narazılıqlarına səbəb olur və Ermənistan vətəndaşları bir-birinin ardınca etiraz aksiyaları keçirir. Hazırda Ermənistanda hökm sürən vəziyyəti ermənilər özləri belə kabus adlandırırlar və vəziyyətin necə sürətlə pisləşdiyini etiraf da edirlər. Bitib-tükənməyən yalanlar, hökm sürən aclıq, səfalət, bir çoxlarının şəxsi maraqları, ambisiyaları naminə erməni xalqının dəfələrlə rastlaşdığı dəhşətli fəlakətlər, bir çoxlarının öz maraqlarına uyğun olaraq səhnələşdirdikləri Soyqırım nağılları Ermənistanı çökdürməkdə davam edir.

Hansısa, şər qüvvələr adlandırdıqları güclərin, qüvvələrin müxtəlif çirkin oyunlarının qurbanına çevrilən erməni xalqı faciəsini görməməzlikdən artıq gələ bilməz. İndi Ermənistanda saysız-hesabsız ailələr var ki, bu çirkin oyunların nəticəsində yaxınlarını, əzizlərini itiriblər. Ermənistanın təxribatlarına cavab oilaraq ərazilərimizin işğaldan azad edilməsi uğrunda savaş zamanı Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün davam gətirə bilməyən Ermənistan tərəfi, bu ölkənin silahlı qüvvələri diz çökdü, çoxlu itgilərlə qarşılaşdı və hələ də erməni xalqı bununla barışa, bunu həzm edə bilmir ki, bu da anlaşılandır. Çünki, separatçıların işğalçılıq siyasəti sayəsində erməni ailələrinin bir çoxları itgi verib və hətta çoxları öz yaxınlarının, əzizlərinin cəsədlərini belə ala bilmirlər.

Ölən erməni hərbçilərinin cəsədlərinin ailələrinə təhvil verilməsi ilə bağlı artıq işğalçı ölkədə dəfələrlə etiraz aksiyaları keçirilib və hələ də keçirilməkdə davam edir. Bu barədə Ermənistana məxsus mətbuat səhifələri də kifayət qədər informasiyalar yayırlar. Yəni, heç kim üçün gizli deyil ki, bu günə qədər öz yaxınlarının cəsədlərini almayan çoxlu sayda erməni ailəsi var və tələblərinə məhəl qoyan da yoxdur. Baxmayaraq ki, müharibənin bitməsindən bir ildən artıq vaxt keçib, hələ də ermənilər 44 günlük müharibədə iştirak edən yaxınlarının cəsədlərini ala bilməyiblər. Hətta, həmin ailələr yaxşı bilirlər ki, cəsədləri bundan sonra da ala bilməyəcəklər, çünki Ermənistan hökumətinin hərbçilərə münasibəti də onlara bəllidir, üstəlik müharibə dövründə verilən yalan məlumatlar da. Bir növ artıq ermənilər bu yalanlara alışqandırlar, öyrəncəlidirlər və yaxşı bilirlər ki, itgin düşən hərbçilər bartədə yalan məlumat vermək bu işğalçı ölkədə adi hal hesab olunur. Hətta, müharibədə məğlubiyyətlə qarşılaşdıqlarını etiraf etmək məcburiyyətində qalan Ermənistanın siyasi-hərbi rəhbərliyi dedikləri yalanları nəinki etiraf etdilər, bunun onlar üçün qəbuledilən, adi hal olduğunu belə etiraf etdilər.

Erməni siyasətçiləri və tarixçiləri Rusiya haqqında bir sıra dəyərli məqalələr yazmış fransız alim Bayeni erməni katalikosunun mərkəzi Eçmiədzinə dəvət edirlər və oradakı qədim erməni əşyalarını göstərirlər. Eçmiədzində olan taclara, kasalara və toxunma xalçalara baxan alim deyir ki, bunlar orijinal deyil, surətlərdir, özü də XVII- XVIII əsrlərə aiddir.Bundan sonra özlərini dünyanın ən qədim xalqı adlandıran ermənilər təkcə Zaqafqaziyada deyil, bütün dünyada rüsvay oldular.

Atalar deyiblər ki, əsli-kökünü danan haramzadədir. Bu ifadə sanki ermənilər üçün deyilib. 1897-ci ildə ermənilər tərəfindən çap etdirilən “Murç” qəzetində onların bir hissəsinin qaraçılardan törəmə olduqları göstərilir…

1967-ci ildə ermənilər Yerevanın 2750 illiyini qeyd etdilər. V.V.Piotrovski demişdir ki, ermənilər Yerevan xanlığına ruslar tərəfindən 100-150 ildir ki, köçürülüb yerləşdiriliblər, azbir hissəsi isə XVI əsrdə gəlmişdir. Bu isə o deməkdir ki, İrəvanın əsası azərbaycanlılar tərəfindən 2750 il əvvəl qoyulmuşdur.

Talıbzadə Fatimə

Azərbaycan Dövlət Pedaqoji Universiteti