Erməni təcavüzünü ifşa edən kitabbackend

Müjgan Əliyevanın təşəbbüsü ve redaktorluğu ilə ingilis dilində qələmə alınan “The true face of aggression: through injustice and bloodshed” kitabının əsas məqsədi, Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüz haqqında həqiqətləri dünyaya çatdırmaqdır.

“Yeni Gündəm” xəbər verir ki, kitabda ilk dəfə olaraq ikinci Qarabağ müharibəsi, Bərdə və Gəncə şəhərinə olan raket hücumlar, Qarabağda törədilən ekoloji terror, Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi psixoloji müharibə, və Xocalı Soyqırımı haqqında məqalələr oxuyuculara təqdim olunacaq. Bu kitabda milli qəhrəmanlarımız Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimovun qəhrəmanlıqlarına xüsusi ilə yer verilib.

Kitabda Bakı Dövlət Universitetinin professoru, Ekoloji Kimya kafedrasının müdiri Sevinc Hacıyeva, Bakı Dövlət Universitetinin müəllimi, kimya elmlər namizədi Fərqanə Əliyeva, İngiltərinin Bristol Universitetinin məzunu, Bakı Dövlət Universitetinin doktorantı Tofiq Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, innovativ inkişaf və beynəlxalq əməkdaşlıq üzrə ekspert Rüstəm Məmmədov, Bakı Dövlət Universitetinin mühazirəçisi, ictimaiyyətlə əlaqələr üzrə ekspert Müjgan Əliyeva, Almaniyada fəaliyyət göstərən, insan hüquqları üzrə ekspert Təhminə Salayeva, Türkiyənin Orta Şərq Texniki Universitetinin doktorantı, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin əməkdaşı Nigar Şirəlizadə, Türkiyənin Atatürk Universitetinin doktorantı Kadir Aydın, İstanbul Universitetinin fəxri məzunu Hatice Ferek, İstanbul Aydın Universitetinin fəxri məzunu Ülkər Əliyevanın məqalələri dərc olunub. Eyni zamanda kitabda Real TV-nin fotojurnalisti Famil Mahmudbəylinin İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə və digər cəbhə bölgəsinə yaxın olan ərazilərdə çəkdiyi kadrlar oxuyuculara təqdim olunur.
Kitabın dizaynı Kamran Paşayeva məxsusdur. Üz qabığında olan foto Tərtərin Şıxarx kəndində, ermənilən dinc əhaliyə qarşı olan növbəti hücumu zamanı fotojurnalist Famil Mahmudbəyli tərəfindən çəkilib.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən və şəhid olan əsgər və hərbçilərimizin əziz xatirəsinə həsr olunur. Xüsusi ilə qeyd etməliyik ki, kitabın satışından əldə olunan gəlir şəhid və qazi ailələrinə yardım üçün ayrılacaq.