Erməni vandalizmini tarixin yaddaşına köçürən Sirac… – VİDEObackend

AzTV işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən düşmənin yerləşdirdiyi tank əleyhinə minaya düşərək şəhid olan operator Sirac Abışova süjet həsr edib.

“Yeni Gündəm” xəbər verir ki, süjetdə düşmənin viran-qoyduğu kənd və şəhərlərimizi lentin, tarixin yaddaşına köçürən Siracın faciəli ölüm xəbərinin alınması, eləcə də, onun iş yoldaşlarının xatirəsindəki işıqlı yeri əksini tapıb.

Düşmən vandalizmini tarixin və lentin yaddaşına köçürən Siracın zaman-zaman duyğularını dilə gətirməsi də süjetdə yer alıb.