Ermənilər Ağdamın Şəhidlər xiyabanındakı qəbirləri qarət məqsədilə qazaraq dağıdıblarbackend

Mayın 1-də rusiyalı deputatlar, ekspertlər və jurnalistlər Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər zamanı I Şəhidlər xiyabanını ziyarət ediblər.

“Yeni Gündəm” xəbər verir ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır.

Qonaqlara məlumat verilib ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Ermənilər Ağdamın Şəhidlər xiyabanındakı qəbirləri qarət məqsədilə qazaraq dağıdıblar - Gallery Image

Trend