Ermənilər Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi: Aytən Muradova xəsarət aldıbackend

Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib.

“Report”un Fransa bürosu xəbər verir ki, ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını bildiriblər.

Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.