Ermənilər Azərbaycan səfirliyinin binasına HÜCUM ETDİ – FOTO/VİDEObackend

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın edib, təxribat törətməyə çalışıblar.

“Yeni Gundem”-in xəbərinə görə, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Qeyd edək ki, bir neçə gün öncə ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər. Lakin polis əməkdaşları bunun qarşısını almağa çalışıblar. Bu zaman toqquşma baş verib.