“Ermənilər Azərbaycanın dəvətini qəbul etməsələr ölkəmizi tərk etmiş olacaqlar” – Elxan Şahinoğlundan açıqlamabackend

“Azərbaycanın davam edici uğurlu nailiyyətləri Ermənistanda qıcıqlara səbəb olur.Etirazlara səbəb olanda bu qıcıqlardır .Onlar indi çarəsiz durumdadırlar”

Bu sözləri ötən gün Xankəndidə minlərlə insanın etiraz aksiyası keçirilməsi ilə bağlı “Yeni Gündəm”-ə açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib .

Siyasi ekspert eyni zamanda etiraz aksiyalarının Xankəndidə baş verməsinin səbəbini Araik Artunyanın devirməkdə niyyətli olduğlarını vurguladı.

“Ermənistanda baş verən mitinqlər faydasız olduğundan seçdikləri növbəti məkan Xankəndi oldu.Araik Artuniyanı devirib onun yerinə başqa radikal separatçını gətirmək istəyirlər”

Elxan Şahinoğlu Xankəndidə baş verən hadisələrin  Ermənistanda baş verən hadisələrin davamı kimi qiymətləndirdi.

“Araik Artuniyanın yerinə qondarma rejimin təhlükəsizlik şurasının katibini gətirmək də məqsədlidirlər.Oda Paşinyanın əleyinə dir. Radikal müxalifətçidir”

Siyasi ekspertin fikrincə Qarşımızda duran  əsas məsələlərdən biridə Xankəndi ətrafında separatçıları tərk silah edib, neytrallaşdırdıqdan sonra erməniləri Azərbaycan qanunları ilə yaşamağa dəvət etməkdir.

Ekspert bunuda qeyd etdi ki, əgər onlar Azərbaycanın bu dəvətini qəbul etməsələr Azərbaycanı tərk etmiş olacaqlar.

Fərahim Rəhimov