Ermənilər ETİRAF ETDİ: vəziyyət qəlizdir, SSRİ taktikasına keçmək lazımdırbackend

Qarabağ cəbhəsində vəziyyət qəlizdir.

“Yeni Gündəm” xəbər verir ki, bunu döyüş bölgəsinə ezam olunan erməni jurnalist Sergey Bablumyan yazıb.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hərbi qeydiyyat komissiyalarında gecə-gündüz növbə görmək, hərbi borcdan yayınanları isə görməmək istəyir.

Köşə yazarı Qarabağdakı müharibəni SSRİ-nin Böyük Vətən müharibəsi ilə müqayisə edib və bildirib ki, cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün SSRİ-nin etdiyi kimi ideoloji işlə məşğul olanlar – aktyorlar, rəssamlar, musiqiçilər, yazıçılar, şairlər, elm adamları cəbhəyə aparılmamalıdır.

Jurnalist məlumat verib ki, bir iş adamı, Çiçəklənən Ermənistan Partiyasının lideri Gaqik Tsarukyan bir dəstə könüllü toplayacaq və döyüşmək üçün Qarabağa da gedəcək. Bundan başqa, İrəvanın bələdiyyə başçısı Hayk Marutyan da cəbhəyə getmək üçün hərbi forma geyinəcək: “Nikbinlikdə boğulan həmvətənlərimlə ünsiyyət qurmaq yaxşıdır. Ancaq sağlamlıq və yaş səbəblərilə artıq hərbi əmək qabiliyyətinə sahib olmadığı üçün onları silah və ya əllərindəki avtomatla təsəvvür etmək çətindir. Onların vaxtı (müəyyən dərəcədə maşınlar və silahlar kimi) artıq keçib”