“Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb” – Prezidentin köməkçisibackend

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

“Yeni Gündəm” xəbər verir ki, Hikmət Hacıyev yazıb: “Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında fərqə baxın”.