Ermənilər Kəlbəcərdən çıxarkən evləri yandırırlar — VİDEObackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında noyabrın 10-da imzalanan bəyanata əsasən, erməni işğalçıları Kəlbəcəri tərk etməyə başlayıblar.

“Yeni Gündəm” “BakuPost”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin Qarabağdan çıxarkən evlərini yandırdıqları məlum olub.Qeyd edək ki, üçtərəfli razılaşmaya əsasən, erməni işğalçı qüvvələri Kəlbəcər rayonundan 15 noyabra qədər çıxarılmalıdır.

Həmin görüntüləri təqdim edirik: