Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutdu – SON DƏQİQƏbackend

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.