Ermənilər Laçında görün nə etdi – VİDEObackend

“Ermənilər tərəfindən Laçının Zabux və Sus kəndlərində evlər, meşələr yandırılır. Biz bu halların digər ərazilərimizdə də şahidi olmuşduq. Bu, bəşəri cinayətdir”.

”Yeni Gündəm”-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

Umud Mirzəyev bildirib ki, ermənilər Laçında və ətraf ərazilərdə ekoloji terror törədirlər.

Onun sözlərinə görə, bu proses Azərbaycana patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir.

 

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: