“Ermənilər məğlubiyyət kompleksinə düşüb, heç cür uduzduqlarını etiraf etmir”backend

Türkiyə və Rusiya prezidentləri arasında Qarabağ münaqişəsi və döyüş əməliyyatları barədə müzakirələrin aparılması müsbət haldır. Fikrimcə, bu müzakirələr müharibənin daha tez başa çatmasına, az itki ilə yekunlaşmasına xidmət edir. Artıq bölgədə proseslər Türkiyə və Rusiyanın iradəsi ilə həll edilir. Sözsüz ki, Rusiya Ermənistan tərəfindən həm də qarant dövlət kimi çıxış edir. Bu baxımdan Ərdoğan-Putin arasında müzakirələri önəmli saymaq olar.

Bu fikirləri ADP sədri Sərdar Cəlaloğlu dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Qarabağ müzakirələrinin aparılmasını qiymətləndirərkən deyib.

Partiya sədri hesab edir ki, məsələ tezliklə başa çatacaq: “Hazırda ermənilər məğlubiyyət kompleksinə düşüb, heç cür uduzduqlarını etiraf etmir. Millətini qırğına verməsi axmaqlıqdan başqa bir şey deyil”.

Sərdar Cəlaloğlu qeyd edib ki, erməni ordusunun ən döyüşkən hissəsi müharibənin əvvəlində iştirak edib və məhv edilib:

“Həm canlı qüvvə, həm də texnika məhv edilib. Bundan sonra qadın, qocaları, yeniyetmə və uşaqları prosesə cəlb edəcəklərsə, itkiləri daha çox olacaq. Hərbi texnika əldə etsələr belə, ondan istifadə üçün mütəxəssis çətinliyi olacaq.

Muzdlular və könüllülər isə bu konfliktdə iştirak etməməyə çalışacaqlar. Çünki bu müharibənin nə dərəcə amansız olduğunu gördülər. Ona görə də Ermənistanın elə diplomatik yolla təslim olmasına nail olmalıyıq ki, ruhları inciməsin. Zamanında yunan-türk müharibəsi zamanı yunanlar məğlub olur və Atatürk kapitulyasiya üçün gəlir. Və görür ki, yunan generalları qaş-qabaqlıdır. Onlara deyir ki, bəylər narahat olmayın, bəzən müharibədə güclü tərəf də uduzur. Generallar özlərinə gəlib təslimçilik sazişini imzalayırlar. Yəni düşmənə qələbənin acısını yaşadanda o qisasçı olacaq, amma ona qələbənin acısını yaşatmasan, məsələlər asanlıqla həll ediləcək. İndi biz ermənilərə qələbənin acısını yaşatmadan qələbəmizi təmin etməliyik”.Teleqraf