Ermənilər növbəti təxribata hazırlaşır – “Düşməni darmadağın edərik…”backend

Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycana qarşı əsassız və təxribat xarakterli məqalə çap olunub. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazası olduğu yazılıb.

Bundan əlavə, söügedən məqalədə Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirildiyi iddia olunub.

Məsələ ilə bağlı açıqlama verən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Abuzər Əbilov “Nezavisimaya qazeta”da yazılanların arxasında ermənipərəst qüvvələrin dayandığını bildirib:

“Suriyalı döyüşçülərin Azərbaycana gətirilməsi sözsüz ki, böhtan xarekterlidir və bunun arxasında Ermənistana xidmət edən qüvvələr dayanır. Xatırlıyırsınızsa, bir neçə gün əvvəl Ermənistanın könüllülərdən ibarət ordu yaratması ilə bağlı məlumat yayıldı. İndi onun üstünü örtmək və cəmiyyətin fikirini yayındırmaq üçün belə bir yalana əl atıblar.

Azərbaycanın başqa ölkənin muzdlularına, hərbiçilərinə ehtiyacı yoxdur. Gələcəkdə lazım olacaqsa, başqa ölkələrdə yaşayan igid oğullarımız Azərbaycana qayıdacaq və ölkənin digər igid oğulları ilə birlikdə orduya qoşulacaq. Əgər bu da yetərli olmasa, Azərbaycanın dəstəkləyən kifayət qədər ölkələr var və lazım olan təqdirdə onların dəstəyini də alacağıq. Ordumuz indi də düşməni darmadağın edə bilər. Bunu düşmən tərəfi də çox gözəl bilir və belə iftiralarla Azərbaycanın adına ləkə gətirməyə çalışırlar. Onların bu cəhdləri də uğursuz olacaq”.

1

Ekspert Türkiyənin Naxçıvanda hərbi bazalarının olması iddialarına da cavab verib:

“Naxcıvanda Türkiyənin bazalarının olması üçün əvvəlcə Milli Məclisdə məsələ qaldırılmalı və referendum yolu ilə Konstitusiyaya dəyişikliklər edilməlidir. Çünki hazırki qanun Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazası olmasına icazə vermir.

Amma Türkiyə qardaş ölkədir və lazım gələrsə gələcəkdə qardaş ölkənin bazaları ölkəmizdə yaradıla bilər. Bu isə dövlətin və xalqın birbaşa iradəsinə bağlı olan bir məsələdir. Heç bir ölkə buna müdaxilə və ya mane ola bilməz”.

Millət vəkili Vüqar İskəndərov da Rusiyanın “Nezavisimaya qazeta” nəşrində Azərbaycan əleyhinə yazılan məqalənin dezinformasiya xarakteri daşıdığını bildirib:

“Sərsəm fikirlərlə dolu olan bu yazıya baxan zaman açıq-aydın görünür ki, məqalə kimlərinsə sifarişi ilə yazılıb. Yazıda “jurnalist” Azərbaycana qarşı şər-böhtan yağdırır. Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi ilə bağlı iddialar əssasızdır. Bu tamamilə gülünc və absurd fikirlərdir. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bəyanat da verib. Bizim heç vaxt xarici dövlətlərin hərbi bazasına və döyüşçülərinə ehtiyacımız olmayıb. Bu gün bizim çox güclü ordumuz var”.