Ermənilər üçün 13 fevral hədiyyəsi: Qarabağ Azərbaycandır!backend

Ermənilər `13 fevralı özləri üçün uğurlu tarix hesab edirdi. Bunun müxtəlif səbəbləri var idi.

“Yen Gündəm” xəbər verir ki, hələ illər öncə terror təşkilatı olan “Krunk”un rəhbəri Arkadi Manuçarov deyirdi:”13 fevral erməni tarixinin oyanış tarixidir.” Bəli ermənilər 13 fevralda bir çox terror həyata keçirdiblər. Həmin hadisələri diqqətinizə çatdırırıq.
13 fevral 1988-ci il…
Ermənilərin Xankəndi şəhərində -Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin binası qarşısında, Mərkəzi Lenin meydanında 400 nəfərlik ilk mitinqi keçirilir. Mitinqdə “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” və digər millətçilik ruhlu şüarlar, qərarlar səsləndirilir. Mitinqə “Krunk” terrorçu təşkilatın sədri Arkadi Manuçarov rəhbərlik edir. (13 fevralı – Qarabağ müharibəsinin başlanma günü kimi də qəbul etmək olar)
Həmin gündən başlayaraq “Krunk” terror qrupunun rəhbərlərindən biri Arxadi Manuçarovun təşkilatçılığı və başçılığı altında Xankəndidə, Moskvada, İrəvanda və başqa yerlərdə çoxlu sayda müxtəlif mitinqlər təşkil etmək nəzərdə tutulur.

13 fevral 1990-cı il…
Ermənistan SSR Ali Soveti Rusiya K(b)P MK_nın Qafqaz bürosunun Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qeyd edən qərarının (5 iyul 1921-ci il) qeyri-qanuni olması haqqında qərar qəbul edir.Bunu erməni tərəfinin Qarabağla bağlı tarixi təftiş etmək cəhlərinin bir nümunəsi hesab etmək olar.

13 fevral 1990-cı il…
Armen Mixayloviç Avanesyanın terrorçu qrupu Yevlax-Laçın avtomobil yolunun 105 klometrliyində Şuşa-Bakı istiqamətində hərəkət edən avtobusu partladır. 2 sərnişin həlak olur, 13 nəfər yaralanır. Terrorçuları tutmaq mümkün (?) olmur.
Zaman keçdi. 27 senyabr 2020-ci ildə Azərbaycan ordusu 44 günlük zəfər yürüşünə başladı. Bu hücüm və əməliyyat “Dəmir yumruq” adlanırdı Düşmən darmadağın edildi. Erməni hərbi ekspertlərdən biri, general Arşavir Qaramyan 13 fevral tarixini indi halda ermənilər üçün qara tarix adlandırıb. Qaramyan belə deyib:” İndi Şuşada Azərbaycan bayrağı dalğalanrsa, bu bizim məğlubiyyətimizdir.”