Ermənilər Xankəndini tərk edir – FOTO – VİDEObackend

Bu barədə Ermənistanın əmlak satışı saytlarında bir çox elan yerləşdirilib.

Məsələn, Xankəndidə yerləşən ikimərtəbəli ev, qaraj və meyvə ağacları olan həyətyanı sahə ilə birlikdə cəmi 30 min ABŞ dollarına Arsen adlı şəxs tərəfindən satışa çıxarılıb. 190 kvadrat metr ərazidə yerləşən ev səkkiz otaqlıdır Elan saytlarında həmçinin 17 min dollara 180 kvadrat metr sahəsi olan ev həyətyanı sahə ilə birlikdə satılır. Bəzi elanlarda hətta tam təmirli mənzillər bütün əşyaları və avadanlıqları ilə birlikdə satılır.