Ermənilər xaricə qaçmaq üçün mənzillərini satırlarbackend

Yerevanda mənzil qiymətləri kəskin şəkildə düşüb.

Bu barədə erməni mətbuatı yazıb. Bildirilib ki, Əmlak Kadastrı Dövlət Komitəsinin 2020-ci ilin birinci rübü üzrə statistik göstəriciləri bunu açıq şəkildə göstərir.

Belə ki, ötən il Ermənistanda daşınmaz əmlak əməliyyatları daha az olub, lakin mənzil satıcıları uyğun vaxtı gözlədikləri üçün mənzillərin qiyməti artıb. Ötən ilin payızından, yəni müharibə dövrü və müharibədən sonra isə qiymətlər enməyə başlayıb. Bu tendensiya 2021-ci ilin ilk aylarında da davam edib. Ölkə sakinlərinin mühacirət etmək üçün kütləvi mənzil satdıqları ilə bağlı iddialar var. Rəsmi Yerevan isə bunu təkzib etməyə çalışır.

Statistikaya görə, 2020-ci ilin 1-ci rübündə təxminən 2 420, 4-cü rübdə  2 160, 2021-ci ilin 1-ci rübündə isə 2.020 alqı-satqı əməliyyatı olub.