Ermənilərin atdığı mərmi deputatın babasının evinə düşdü – FOTObackend

“Arxalarında kim olmasından asılı olmayaraq ermənilər bu dəfə sinifdə qalacaq və torpaqlarımızı azad edəcəyik”

Bunu yazıçı, millət vəkili Aqil Abbas deyib. A.Abbas bu dəfə torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirib:

“Biz ermənilərə dərs keçirik, bu dəfə onları sinifdə qoyacağıq. Arxalarında kimin olmasından asılı olmayaraq ermənilər bu dəfə sinifdə qalacaq və torpaqlarımızı azad edəcəyik. Bu gün düşmən tərəfindən dinc əhali atəşə tutulur. Mərmilərdən biri də Ağcabədinin Hacılar kəndində babamgilin evinə düşüb. Şükür ki, ölüm yoxdur. Vaxtında görülən tədbirlər nəticəsində mülki əhali arasında itki yoxdur. Bu dəfə dayansaq, sonra çətin olar. Azərbaycan ordusu ermənilərin atəş nöqtələrini vurur, dinc əhaliyə atəş açmırıq. Amma belə bir şey var ki, onlar hansı qanunları pozursa, biz də bunu pozmalıyıq. Möhtərəm prezident dedi ki, “onlar qanunları pozursa, biz niyə həmin qanunlara tabe olmalıyıq?”. Amma hər halda biz hələ də qanunlara tabe oluruq və dinc əhaliylə işimiz yoxdur. Bu gün səhər televiziyada baxıram ki, Rusiya telekanalı Rusiyadan Ermənistana avtobusla könüllülərin gəldiyini göstərir. Amma əslində onlar könüllülər yox, hərbçilərdir və Moskva da təbii ki, onu o könüllü kimi təqdim edir. Biz irəliləyirik və inşallah  yenə də irəli gedəcəyik”.Moderator