Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanlar arasında bir məktəbli də var – Nazir açıqladı – FOTObackend

Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib: “15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”