“Ermənilərin müqaviməti qırılıb, təlaş içindədirlər” – Ceyhun Məmmədovbackend

“Artıq bir neçə gündür ki, ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturlar”.

Bunu açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

O, qeyd edib ki, Tərtərdə və Horadizdə biz dinc əhalinin atəşə tutulmasının şahidi olduq:

“Eyni zamanda bu hal Daşkəsəndə baş verdi. Dünən də Gəncəni atəşkəsə tutdular. Bu təxribatların hər birini Ermənistan həyata keçirir. Azərbaycan döyüşü öz torpaqlarında apararaq öz ərazilərini düşməndən təmizləyir. Ermənistan isə Azərbaycanı təxribata çəkməklə müəyyən dövlətlərin və təşkilatların diqqətini bu istiqamətə yönəltmək istəyir. Sanki Azərbaycan Ermənistanı atəşə tutaraq təcavüz edir. Məlum olduğu kimi oktyabrın 3-də Ermənistanın baş naziri sərsəm bəyanat verərək bildirdi ki, guya Azərbaycan genosid həyata keçirməyi planlaşdırır, erməni xalqına qarşı soyqırım həyata keçirir”.

Deputat vurğulayıb ki, Azərbaycanın mövqeyi aydındır:

“Düşmən torpaqlarımızı azad etməlidir. Bu gün Qarabağda Ermənistan ordusu döyüşür. Ermənistan bunun əksi ilə bağlı zaman-zaman bəyanatlar versə də təhlillər onu göstərir ki, ordunu məqsədli şəkildə bu prosesə çəkiblər. Əlbəttə Ermənistanın bu davranışı təxribatdır. Qondarma rejimin rəhbərliyi guya Azərbaycan xalqına müraciət edib ki, yaşayış yerlərinizi tərk edin. Burada Ermənistan rəhbərliyinin məqsədi və amalı odur ki, əhali təşvişə düşüb, evlərini tərk etsinlər. Söhbət Gəncə, Goranboy, Füzuli, Cocuq Mərcanlı və digər yerlərdən gedir. Ermənistan çaxnaşma yaratmaq istəyir. İnsanların təlaş içərisində yaşamasını istəyir. Erməni sosial şəbəkə istifadəçiləri də təbliğat aparırlar ki, guya Azərbaycan xalqına canları yanır: “Bildirirlər ki, bu əraziləri tərk edin. Tərk etməsəniz, ziyan çəkəcəksiniz. Bu, ermənilərin növbəti təxribatıdır. Düşmən başını itirib. Ona görə də müxtəlif istiqamətlərdə təxribatlara əl atırlar. Azərbaycan da öz torpaqlarını işğaldan azad etmək üçün bütün addımları atır”.

Ceyhun Məmmədov söyləyib ki, biz soyuqqanlı olmalıyıq:

“Azərbaycan xalqı nə baş verdiyini anlayır. Əhali bu rayonları tərk etmir. Qəti şəkildə də tərk etmək fikrində deyil. Biz Dağlıq Qarabağı azad edənə kimi döyüşlərimizi davam etdirməliyik. Burada Ermənistanın məqsədi müharibənin istiqamətini dəyişməkdir. Onlar Dağlıq Qarabağdan deyil, Ermənistandan hücum edərək müxtəlif dövlətləri buraya cəlb etmək istəyir. Bizi ittiham edirlər ki, guya Ermənistan ərazisini atəşə tuturuq. Məqsədləri də aydındır. Ona görə də biz əsas gücü Qarabağın işğaldan azad olunmasına verməliyik. Müqavimət qırılıb. Ermənilər təlaş içindədir. Mən sosial şəbəkələrdə erməni əsgərlərinin şəkillərini görürəm, bu gün orduya könüllüləri və veteranları cəlb edirlər”.

“Ermənistanın kifayət qədər gücü yoxdur” deyən deputat yekunlaşdırıb:

“Təminatda aşağı səviyyədədirlər, ayaqyalın Azərbaycana qarşı mübarizə aparırlar. Bu da bir daha onu göstərir ki, Ermənistanın ordusunun təminatı yaxşı deyil. Sadəcə görüntü yaradırlar. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə irələyir. İnşallah yaxın zamanlarda digər torpaqlarımızı işğaldan azad edəcəyik. Ölkəmiz beynəlxalq təşkilatları xəbərdar edir ki, Ermənistan öz ərazisindən Azərbaycanı atəşə tutur. Bu davam edərsə, Azərbaycan məcburdur ki, atəş açılan nöqtələri susdurmaq üçün müəyyən addımlar atsın. Bu gün Ermənistanın imkanları tükənib. Kifayət qədər beynəlxalq təşkilatların dəstəyini ala bilmədi. İnanıram ki, biz torpaqalrımızı işğaldan azad edib, bütün istiqamətlərdə törədilən təxribatların qarşısını alacağıq”.Konkret.az