Ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın mülki əhalisi arasında itki və yaralılar var – FOTOLARbackend

Ermənistan silahlı qüvvələrinin bu gün səhər saatlarında törətdiyi təxribat nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var.

“Yeni Gündəm”-in məlumatına görə, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Bu kəndlərdə onlarla ev ciddi ziyan görüb. Öz şəxsi mülkiyyətində yaşayan insanlar yaralanıb və həlak olub.

“Yeni Gündəm” APA-ya istinadən yaralı mülki vətəndaşımızın fotosunu təqdim edir: