Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda dağıtdığı məktəblərin sayı açıqlandıbackend

Ermənilər Qarabağ və Şərqi Zəngəzurda 993 təhsil müəssisəsini tamamilə dağıdıblar.

“Yeni Gündəm” xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” adlı konfransda deyib.

O bildirib ki, işğal dövründə Azəbaycan mədəniyyətinə ciddi zərbələr vurulub: “Qarabağ və Şərqi Zəngəzurda 750-ə yaxın mədəniyyət abidələri olub. Həmin ərazilərdə 74 məscid, 800-dən çox qəbiristanlıq, 993 təhsil müəssisəsinin hamısı dağıdılıb”.