Ermənilərin satdığı içkidən Moskvada 5 nəfəri öldübackend

Rusiya polisi Moskva yaxınlığındakı yarımçıq tikilidən 5 nəfərin cəsədini tapıb.

“Yeni Gündəm” xəbər verir ki, Moskva yaxınlığında yarımçıq tikilidə tapılan   5 Rusiya vətəndaşının ölümünə səbəb kustar usulla hazırlanan spirtli içki olub. Bu barədə Moskva polisi məlumat yayıb. Aparılan araşdırma nəticəsində spirtli içkini hazırlayan, Moskvada yaşayan Ermənistan vətəndaşı Samvel Ayvazyan həbs edilib. İçkidən zəhərlənərək ölənlərin yol tikintisinin işçiləri olduğu bəlli olub.