Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədibackend

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyib.

“Yeni Gundem” xəbər verir ki, Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistan və Azərbaycan Praqada bir-birlərinin ərazi bütövlüyünü tanıyacaqları barədə razılığa gəliblər”, – Paşinyan bildirib.

Eyni zamanda, Paşinyanın fantaziyalarına görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyanda Bakı guya “başqa qapıdan keçərək Ermənistanın ərazi bütövlüyünü tanımayan hərəkətlər etməyə çalışır”.

Fərahim Rəhimov