Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaqbackend

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl – azərbaycanlı – toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

– “Sotk” (“Kəlbəcər”), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

– “Yerasx” (“Sədərək”), Ararat rayonu (Sədərək rayonu)

– “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.

Trend