Ermənistan baş prokuroru ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış edibbackend

Ermənistanın baş prokuroru Artur Davtyan dövlətə xəyanətə görə ölüm hökmünün verilməsini təklif edib.

Bu barədə Prokurorluğun mətbuat xidməti yayıb.

“Dövlətə xəyanətə dair elə dəhşətli faktlar fiksə edilir ki, sosial ədalət və təhlükəsizlik üçün ölüm hökmü də daxil olmaqla, ən sərt cəzalar tətbiq olunmalıdır”, – deyə Davtyan deyib.

Prokuror Ermənistanın ölüm hökmü ilə bağlı beynəlxalq-hüquqi öhdəliklərinin olmadığını deyib. Məsələ ilə bağlı baş prokuror Konstitusiyaya Dəyişikliklər üzrə Şuraya və ədliyyə naziri Karen Andreasyana müvafiq dəyişiklikləri etmək üçün müraciət edib.

APA