“Ermənistan beynəlxalq birlik qarşısındakı öhdəlikləri pozur” – Prezidentin köməkçisibackend

“Ermənistan minalanmış sahələrin xəritəsini gizlətməklə Azərbaycana qarşı mina siyasətini davam etdirərək beynəlxalq hüquq normalarını da, beynəlxalq birlik qarşısındakı öhdəliklərini də pozur”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Gününə həsr olunmuş konfransda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Beləliklə, Ermənistan Azərbaycanın dinc sakinlərini öldürməklə hərbi cinayətlərini davam etdirir. Bu məsələni müxtəlif beynəlxalq tədbirlərdə qaldırırıq. Burada insan hüquqlarının pozulması göz qabağındadır. Nəticədə azərbaycanlı əhali hələ də öz yurd-yuvalarına qayıda bilmir”, – H.Hacıyev vurğulayıb.