“Ermənistan bununla razılaşmalıdır” – Deputatbackend

Ermənistanın Azərbaycan ərazilərində qeyri-qanuni separatçıları tərəfindən növbəti dəfə təxribat törədilib.Çox təssüf ki, təxribat nəticəsində iki şəhidimiz olub.Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Millət vəkili vurğulayıb ki,Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması mütləqdir.

“Bu bir daha onu göstərir ki, Ermənistan qeyri-qanuni yollarla Azərbaycan ərazilərilərinə silahın daşınması və nəticə etibarilə davamlı şəkildə Azərbaycana qarşı təxribatların törədilməsi niyyəti daşıyır.Əlbəttə Azərbaycan bununla bağlı öz mövqeyini ortaya qoyub.59-cu Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu.Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin olma vacibliyini bildirdi.Eyni zamanda,5 mart təxribatından sonra həm Azərbaycan Müdafiə Nazirliyi,həmdə XİN tərəfindən konkret olaraq məsələnin vacibliyi vurğulanıldı.Bu bir daha onu göstərir ki, humanitar məqsədlərlə çəkilən Laçın yolu üzərindən terrorçuların hazırlanması üçün onların daşınmasını həyata keçirir.Bir sözlə separatizmi dəstəkləyir.Azərbaycan ərazilərində anti-terror əməliyyatı keçirtmək hüququnu özündə saxlayır.İndi ki, məqamda Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması mütləqdir.Başqa çıxış yolu yoxdur.Ermənistan bununla razılaşmalıdır”-deyə Millət vəkili qeyd edib.
Fərahim Rəhimov