Ermənistan “Eurovision”da iştirak etməyəcəkbackend

Ermənistan may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsindən çəkildiyini açıqlayıb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin dövlət kanalı AMP TV məlumat yayıb. Qeyd olunub ki, son zamanlar ölkədə baş verən hadisələr səbəbindən Ermənistan bu il müsabiqədə iştirak etməyəcək:

“Ermənistan ictimai televiziya şirkəti geniş və ətraflı müzakirələrdən sonra son hadisələr, qısa istehsal vaxtı və digər səbəblərə görə imtina qərarı verib”.

Qeyd edək ki, ötən il Ermənistanı müsabiqədə Athena Manoukian təmsil edəcəkdi