Ermənistan MN Paşinyana DƏSTƏK VERDİ – ŞOK BƏYANATbackend

“Ordunun siyasi proseslərə qoşulması cəhdləri yolverilməzdir”.

“Yeni Gündəm” Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Ermənistan Silahlı Qüvvələri sərhədlərin qorunması üzrə funksiyalarını tamamilə yerinə yetirir. Ordu qeyri-siyasi strukturdur. Onun siyasi proseslərə qoşulmasına yönəlmiş istənilən cəhd Ermənistanın sabitliyi və təhlükəsizliyinə təhdiddir”, – deyə nazirlikdən qeyd olunub.