Ermənistan MN yaralılarının ilkin sayını açıqladı – YENİLƏNDİbackend

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.

Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

***

09:14

Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb.

Bu barədə Ermənistanın Müdafə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.