“Ermənistan öz əhalisinin həyatını təhlükə altında qoyub”backend

Azərbaycanın XİN başçısı: Ermənistan öz əhalisinin həyatını təhlükə altında qoyubCeyhun Bayramov

“Beynəlxalq mütəxəssislər Azərbaycan ərazilərində analiz etdikləri suların tərkibində ağır metalların, kimyəvi maddələrin normadan dəfələrlə çox olduğu aşkar ediblər. Bu ciddi təhlükə mənbəyidir. Bunun mənbəyi Azərbaycan ərazisində yox, Ermənistan ərazisindədir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 2-də Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Təsəvvür edin ki, həmin çayın Ermənistan ərazisindən keçən hissəsində bu zəhərli maddələr normadan həddindən artılq çoxdur. Bu da orada ekologiya və insanların həyatına böyük təhlükə yaradır. Buna görə, onlar da anlamalıdırlar ki, öz ölkələrinə vurduqları ziyan qonşu ölkələrə vurduqları ziyandan az deyil”.