Ermənistan prezidenti Gürcüstanda səfərdədirbackend

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Gürcüstana rəsmi səfəri başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, o, ilk olaraq Orbeliani sarayında Gürcüstan prezidenti Salome Zurabişvili ilə təkbətək görüş keçirəcək.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutacaq.

Prezidentlərin mətbuata birgə bəyanatla çıxışı planlaşdırılıb.

V.Xaçaturyan səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və parlament sədri Şalva Papuaşvili ilə də görüşəcək.

Report