“Ermənistan rəhbərliyi birgəyaşayışı deyil, dar siyasi maraqlarını fikirləşir” – Leyla Abdullayevabackend

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin şərhinə münasibətində deyib.

“Bu isə, o deməkdir ki, Ermənistan rəhbərliyi Qarabağda yaşayan insanları, sülh və təhlükəsizlik, rifah şəraitində gələcək birgəyaşayışı deyil, keçmişə yönük, dar siyasi maraqlarını fikirləşir. Bu siyasətin Ermənistan üçün nə ilə nəticələndiyi isə göz qabağındadır”, – deyə XİN rəsmisi vurğulayıb.