“Ermənistan rəsmiləri Qarabağ münaqişəsi adından imtina etməlidir”backend

Aprelin 2-də Rusiyada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bu görüşdə kommunikasiyaların açılması müzakirə ediləcək. Azərabaycan konkret təkliflərlə belə bir görüşə qatılmalıdır.

Birinci, Ermənistan tərəfi Qarabağa rəsmi şəxslərini göndərməməli. İkinci, Ermənistan rəsmiləri Qarabağ münaqişəsi adından imtina etməli. Üçüncü, silahlı erməni birləşmələrinin Qarabağda ləğv etməlidir. Dördüncü, Ermənistan Qarabağa vəsait ayırmamalıdır. Beşinci, Sülhməramlı qüvvələrinin fəaliyyəti dəqiqləşdirilməlidir. Rusiya tərəfi prosesi əngəlləyir və silahlı erməni birləşmələrinin ərazilərdən çıxarılmasında maraqlı görünmür.

Ermənisatan tərəfi kommunikasiyaların açılmasında maraqlıdır. Amma, sülhün əldə edilməsi üçün mütləq şəkildə şərtlərin  yerinə yetirilməsi mütləqdir. Rusiya isə, sülh müqviısinin bağlanmasında maarqlı deyil.  Ermənistan tərəfi seçkiyə qədər Rusiyanın istəklərini yerinə yetirəcək. Seçkidən sonra, Ermənistanda siyasi mənzərə formalaşacaq və rəsmi Bakı öhdəlikərin yerinə yetirilməsini konkret tələb etməlidir.

Məhəmməd Əsədullazadə

Politoloq