“Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb” – Prezidentin köməkçisibackend

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Mülki əhali arasında itkilər var. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır”, – deyə H. Hacıyev vurğulayıb.