Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilibbackend

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

“Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq”, – məlumatda vurğulanıb.