Ermənistan sülh müqaviləsini imzalayacaq?backend

Moskva və Brüssel görüşlərində Ermənistan tərəfi ilə əksər məsəllər razılaşdırılmışdı. Lakin Praqa görüşündən sonra Fransa prezidenti Makronun kobud müdaxiləsi prosesi pozdu. Fransa ilə yanaşı, İran və Rusiyanın destruktiv fəaliyyətini də qeyd etmək lazımdır. Zəngəzur dəhlizinin açılmasında əsas maneçilik törədən qüvvə molla rejimidir. Qarabağda isə, Rusiyanın layihəsi, adı rus xalqından oğurladığı milyardları ofşor şirkətlərə daşımaqla məşhurlaşan, kriminal Ruben Vardanyanın cinayətkar fəaliyyətinin nəticəsidir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki,Vardanyan Rusiyanın layihəsidir və Qarabağa konkret tapşırıqlarla gəlib:

“Ona görə də, Rusiyanın maraqlarından çıxış edir. O, rus mətbuatı tərəfindən dəstəklənir və onun bəyanatlarına geniş yer verilir. Burada qeyri-adi bir şey görmürəm. Rusiyanın bir çox KİV-ləri, federal televiziya kanalları ermənilərin əlindədir və yaxud təsir imkanları böyükdür. Müharibə dövründə və ondan sonra şimal qonşumuzun mətbuat orqanları Azərbaycan əleyhinə təbliğatda fərqləniblər. Tarixən, ermənilər böyük dövlətlərin əlində alət rolunu oynayıblar. Görünən odur ki, ermənilər gələcəkdə də türk düşmənçiliklərini davam etdirəcək və ruslara, fransızlara, iran mollalarına xidmət göstərəcəklər”.

Fərahim RƏHİMOV