“Ermənistan Sülh sazişinin imzalanmasını bilərəkdən uzadır” – Aslan İsmayılovbackend

“Görünən odur ki, Ermənistan Sülh sazişinin imzalanmasını bilərəkdən uzadır. Bunun məqsədli olmasına, bizə qarşı hansısa gözləniləməz addımların atılacağına, Qarabağ ermənilərinin stastus məsləsi ilə bağlı beynəlxalq təzyiqlərin güclənəcəyinə şübhə etmirəm. Ona görə də Azərbaycanı hakimiyyəti Ermənistana qarşı, sadəcə, cəbhə bölgəsindəki təzyiqlə kifayətlənməməli, əsla Rusiyaya arxalanmamalı və dünyada öz tələblərini daha qabarıq qaldırmalıdır. Bu sahədə isə biz hələ də gözləmə mövqeyindəyik və hakimiyyətin real işi hələlik görünmür. Buna sübut kimi Haaqa Məhkəməsinə ermənilərin bizdən əvvəl müraciət etmələrini və onların işinə bizdən əvvəl baxılmasına başlanmasını göstərmək olar”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bu gün ilk növbədə 1990-cı illərdə itkin düşmüş, faktiki qətlə yetirilmiş vətəndaşlarımızın məsələsini, 30 il işğal müddətində rayon və kəndlərimizin yerlə yeksan olmasını, vurulmuş ziyanın əsaslandırılmış məbləğini bütün dünyada, hər gün və hər yerdə qaldırmalıyıq. Heç kim erməni hiyləgərliyini və həyasızlığını unutmamalıdır” – A.İsmayılov qeyd edib.