Ermənistan tərəfi yeni itkilərinin sayını açıqladıbackend

Ermənistan tərəfi canlı itkilərinin yeni sayını açıqlayıb.

News.am xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 23 hərbçisini itirib.

Siyahıya həmçinin “Su-25” təyyarəsinin pilotunun adı da daxil edilib.

Beləliklə, bu saata qədər düşmən tərəfi 103 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.