“Ermənistan Türkiyə ilə heç bir danışıq aparmır”backend

“Ermənistan Türkiyə hakimiyyəti ilə diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı danışıqlar aparmır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan mətbuat konfransında bildirib.

“Vurğulamalıyam ki, Ermənistanla Türkiyə arasında bu məsələ ilə bağlı heç bir danışıqlar planlaşdırılmır”, – deyə o qeyd edib.

M. Ayvazyan Osmanlı imperiyasında ermənilərin qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının Ermənistanın xarici siyasət prioriteti olaraq qalmağa davam etdiyini əlavə edib: “Bizim siyasətimizdə heç nə dəyişməyib”.