Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı və yeri açıqlanıbbackend

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də Vyanada keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Twitter”də bildirib.

“Ermənistan-Türkiyə normallaşma prosesində Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də Vyanada baş tutacaq” – o qeyd edib.